Marneulidəki Çolokaşvili 3 küçəsinə asfalt örtüyü çəkildisə, indi problemlər daha da çoxaldı...
Marneulidəki Çolokaşvili 3 küçəsinə asfalt örtüyü çəkildisə, indi problemlər daha da çoxaldı... Çolokaşvili 3 yaşayış binasının kanalizasiya sistemi indi tamam bərbad hala düşüb.
(Küçədəki yaşayış binasının sakinləri Marneuli meriyasına, Kvemo Kartli bölgəsinin yeni rəhbərliyinə və Gürcüstan hökuməti rəhbərliyinə müraciət edib tələblərini bildirmək istəyirlər.)
Marneuli meriyasına ərizə yazdıq ki, yaşadığımız Çolokaşvili 3 küçəsində kanalizasiya borusu dolub, zirzəmiyə üfunət dolu çirkab suları axır. Borulardan kanalizasiya axmadığı üçün 5 lük iki aydan bir dolur. Artıq kanalizasiya xətlərinin dəyişdirilmə vaxtı çatıb. Küçə boyu asfaltın altına çınqıl döşəyərkən traktorlar kanalizasiya lüklarına çınqıl daşlar doldurublar. Artıq çınqıl doldurulmuş borular kanalizasiya sularını çəkmir. Hazırda kanalizasiya lüklarından daşlar diqqətlə təmizlənərsə, zirzəmilərə axan çirkab suların qarşısını almaq olar və kanalizasiya boru xəttlərindən asanlıqla çirkab suları axa bilər. Bu günlərdə kanalizasiyanın təmizlənməsi üçün Çolokaşvili 3 küçəsi üçün ayrılan maşın boru xətlərini çınqıl daşlarından təmizləyə bilmədi. Təmizləmə zamanı aydın oldu ki, borulara çınqıl dolub. Çolokaşvili küçəsində asfalt düzəldən zaman asfaltın altına çınqıl döşəmək zamanı kanalizasiyaya çınqıllar doldurublarmış. İndi çirkab suları heç yerə getmir. Asfalt tökən idarənin fəhlələri diqqət göstərməyiblər ki, kanalizasiya borularının üstünə çınqıl töküblər. Kanalizasiya çəkən maşının işçiləri bildirdilər ki, borular da artıq sıradan çıxıb. Yaşadığımız binanın zirzəmsindən evlərə yayılan üfunət havası isə sakinlərə xəstəlik yayır.
Bina sakinləri kanalizasiya lüklarını təmizləmək üçün əlaqədar təşkilatlara müraciət edirlər, fəqət, hələ ki, bu problemə diqqət verən yoxdur. Son nəticədə onlar bildirirlər ki, meriya qarşısına toplaşaraq problemin həllini tələb edəcəklər. Vəziyyət yaxşılaşmasa, sakinlər hökumətə və Kvemo Kartli bölgə rəhbərliyinə ərizə yazacaqlarını bildiriblər. Onlar eyni zamanda binanın qarşısına dolan sel sularının yox olması üçün beşmərtəbəli Çolokaşvili 3 yaşayış binasındakı evlərə daxil olmaq üçün asfalt da çəkilməsini tələb edəcəklərini vurğulayıblar. Çünki 23 dekabr 2018-ci ildə “Amirani” MMC-nin təşkilatçılığı ilə Marneulidəki Çolokaşvili 3 küçəsində yaşayış binasının qarşısına qum və çınqıl tökülüb. Binanın sakinləri “bizim küçədə də bayramdır” deyib sevinirdilər. Çınqıl, qum töküldüsə, bina qarşısına asfalt örtüyü çəkilmədi ki, çəkilmədi...

GAXA.ge