Azərbaycan səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qeka Qeladze ilə görüşüb

Cari ilin 23 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəhbəri Qeka Qeladze ilə görüşmüşdür.
Səfir F.Quliyev yeni təyinat münasibətilə Q.Qeladzeni təbrik etmiş, gələcək fəaliyyətində ona uğurlar arzulamışdır.
Q.Qeladze iki ölkənin təhlükəsizlik xidmətləri arasında mövcud olan sıx əməkdaşlığın əhəmiyyətini vurğulamış və bu tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirmişdir.
Tərəflər Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə etmiş, regiondakı vəziyyət və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.

GAXA.ge