“GAXA.GE” – (Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi) saytı 2017-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. Ən başlıca məqsədimiz Gürcüstanda yaşayan azərbaycanlıları dünyada və ölkəmizdə baş verən informasiyalarla operativ olaraq yaxından tanış etmək, azərbaycanlılar yaşayan bölgələrdə yaranan informasiya boşluğunu doldurmaq və onlara baş verən ictimai-siyasi hadisələr, dövlətin həyata keçirdiyi mühüm tədbirlər haqqında xəbərləri çatdırmaqdır. Saytımız müstəqil fəaliyyət göstərəcək, bütün təbliğat resurslarından istifadə edəcək. Sayt heç bir siyasi gücü və yaxud partiyanı dəstəkləməyəcək, lakin onlara saytın səhifələrində söz demək imkanı verəcək. “GAXA.GE” saytının əsas və başlıca məqsədi Gürcüstanda baş verən siyasi hadisələri maksimum gücü ilə obyektiv və operativ, həmçinin qərəzsiz şəkildə işıqlandırmaq olacaq. Ən başlıca məqsədimizdən biri də kökü qədimlərə söykənən gürcü və Azərbaycan xalqının tarixi dostluğunu, dövlətçilik əlaqələrini daha da möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirməkdir. Saytın üzərində jurnalistlər, dizaynerlər, proqramçılar, Gürcüstandan və Azərbaycandan olan qələm sahibləri işləyir. Sayt hər gün yenilənir. Saytımızda “siyasət”, “iqtisadiyyat”, “cəmiyyət”, media və digər mühüm xəbərlər lent xətti ilə yayımlanır. Saytın səhifələrində məşhur jurnalistlər, siyasətçilər, həmçinin içtimai xadimlər, parlamentin üzvləri və elm və təhsil işçiləri, yazıçılar, din xadimləri müxtəlif janrlarda obyektiv olaraq şərhlərlə çıxış edə bilər. Hər bir oxucu saytımızda çıxış etdiyi yazının və xəbərin müəllifi ola bilər. O, iştirakçısı olduğu hər bir tədbir barədə saytımıza düzgün, operativ xəbər və müasir situasiyalar haqqında öz fikir və rəyini yaza bilər. www.gaxa.ge