Mixeil Kavelaşvili Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mayın 27-də Qurban bayramı münasibətilə Tbilisidəki Cümə məscidini ziyarət edib. GAXA-nın məlumatına görə, Gürcüstan Prezidentini Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nəbiyev, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, eləcə də Türkiyənin, Türkmənistanın və digər müsəlman ölkələrinin Gürcüstandakı səfirləri və səfirliklərinin nümayəndələri, din xadimləri qarşılayıblar.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze ölkədə dini icmalara göstərilən dövlət qayğısından danışıb, Qurban bayramının məziyyətlərindən söz açıb.
Prezident Mixeil Kavelaşvili müsəlmaları Qurban bayramı münasibətilə təbrik edib.
GAXA.ge

