İstedadlı şair Sədi Yaradanqulunun “GƏZDİYİM YERLƏR-II” adlı yeni şeirlər kitabı nəşr olunub

İstedadlı şair dostum, əslən Başkeçidin Salamməlik kəndində anadan olan Sədi Yaradanqulunun bu gün “GƏZDİYİM YERLƏR-II” adlı seçilmiş şeirlərindən ibarət yeni kitabı nəşr olunub. Sözsüz ki, nəşr olunmuş kitaba öncə şairin özü sevinib, eyni zamanda onun şeirlərini sevə-sevə oxuyan oxucuları, həmçinin kitabın çapının reallaşmasında öz maddi köməkliyini əsirgəməyən xeyriyyəçi və dəyərli eloğlumuz, texniki elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Azərbaycan Ağsaqqallar Şurasının məclis üzvü Hüseyn Artıkoğlu, eləcə də Bakıdakı 3-saylı mətbəənin rəhbəri Şakir Acalov, mətbəənin direktoru Şəddat Çəfərov, Mülayim xanım Vəliyeva, Aliyə xanım Cahangirova və bu kitaba əməyi olan hər bir kəs sevinib.

Yeni nəşrin çıxmasına görə, biz oxucular da şair dostumuzu biz oxucular da ürəkdən təbrik edir, gələcəkdə onun istedadının məhsullarını səbirsizliklə gözləyirik. Bizlər də kitabın müəllifi Sədi Yaradanqulunun dərin təşəkkürünə qoşularaq kitaba əməyi keçən, maddi köməyilə yardım edən, Azərbaycan şeirimizi qiymətləndirən şeirsevər insanlara öz dərin təşəkkürümüzü bildiririk. Allah sizləri həmişə var eləsin.

Sədi Yaradanqulu bu günə kimi məzmunlu şeirləri, tarixi məqalələri ilə dövri mətbuatda, qəzet, jurnal və almanaxlarda mütəmadi olaraq Sədi Borçalı, Sədi Qədiroğlu imzaları ilə dərc olunur. Şair AYB-nin fəal üzvü və 15 kitab müəllifidir. O, həmçinin “Sazlı-Sözlü Borçalı” Ədəbi Məclisin ideya müəllifi, rəhbəri və aparıcısıdır. İstedadlı şair Bakıda fəaliyyət göstərən “Dirili Qurban”, “S.Ə. Şirvani”, “Sarı Aşıq”, “Dədə Camal” İctimai Birliyin, “Ürfan” Ədəbi Məclisin fəal üzvüdür.

Uğurlarınız bol olsun, Sədi müəllim! Təbrik edirəm!

Sizə dərin hörmətlə,

Nizami Məmmədzadə, AYB-nin üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

GAXA.ge