ABŞ Səfirliyi: Bu sevinci sizinlə bölüşmək unudulmazdır!

ABŞ-ın Gürcüstandakı səfirliyi Gürcüstanın futbol üzrə milli komandasının Yunanıstan millisi ilə tarixi oyunda qazandığı qələbə münasibətilə bütün ölkəni təbrik edib. GAXA-nın məlumatına görə, bu barədə səfir Robin Dunniqan ABŞ səfirliyi adından Gürcüstan milli komandasına uğurlar arzulayıb.

“Gürcüstan millisini və bütün azarkeşləri arzularını həyata keçirmələri münasibətilə təbrik edirik. Bu tarixi qələbə münasibətilə bütün Gürcüstanı təbrik edirəm!”, - ABŞ-ın Gürcüstandakı səfirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Gürcüstan milli komandasının hər bir üzvü Gürcüstanın baş naziri və parlament sədrinin qərarı ilə “Şərəf” ordeninə təqdim edilib.
Futbol üzrə Gürcüstan milli komandası tarixdə ilk dəfə olaraq Avropa çempionatında çıxış edəcək. Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final oyununda Yunanıstan millisinə qalib gəlib. Hesabın taleyini penaltilər seriyası həll edib - 4:2 Gürcüstanın xeyrinə.
Gürcüstan millisi Dortmundda keçirilən Avropa çempionatında ilk oyununu iyunun 18-də Türkiyə millisinə qarşı keçirəcək.
GAXA.ge