Martın 27-si Azərbaycanda Elm Günüdür
Martın 27-si Azərbaycanda Elm Günüdür. Bu əlamətdar
gün bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramı kimi qeyd edilir.
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda
Elm Gününün təsis edilməsi müvafiq sahəyə dövlət səviyyəsində qayğı göstərilməsinin
bariz nümunələrindən biridir.
Bütünn elm adamlarını təbrik edirik! Uğurları bol
olsun! Elm Günü, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının
yaradıldığı günə təsadüf edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis
olunduqdan sonra respublikada elmin mükəmməl təşkilati strukturu formalaşıb,
elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb.
Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi hər iki dövrdə elmin inkişafına böyük diqqət və qayğı göstərib. Allah rəhmət
eləsin Ulu Öndər Heydər Əliyevə!
Azərbaycanda elmin inkişafı dövlət siyasətinin əsas
prioritetlərindən biridir. Bu sahədə islahatların aparılması, mövcud problemlərin
aradan qaldırılması və elmin qarşısında duran strateji vəzifələrin icrası, həmçinin
ölkədə elmin davamlı inkişafının təmin edilməsi məqsədilə Prezident İlham
Əliyev tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb.
9 avqust tarixli Fərmanına əsasən, ilk dəfə olaraq
“Elm haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
Bu gün Azərbaycan Respublikasında dövlətin elm sahəsində
siyasətinin və strategiyasının əsas prinsipləri müəyyən olunmuş şəkildə, eyni
zamanda, müasir tələblərə uyğun həyata keçirilir.
Elmin davamlı və sistemli inkişafının təmini, elmi
fəaliyyətin institusional sisteminin və maliyyələşdirilmə mexanizmlərinin dünya
standartlarına uyğunlaşdırılması, cəmiyyət həyatının bütün istiqamətlər üzrə
inkişafında elmi potensialdan səmərəli istifadənin təmin edilməsi, elmin
maddi-texniki bazasının və infrastrukturunun modernləşdirilməsi və s. elm sahəsində
dövlət siyasətinin əsas məqsədləridir.
GAXA.ge