Qaraçılar yaşayan qəsəbələrdə 380 bağlama ərzaq və gigiyena əşyaları paylanacaq

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin müavini Lia Qiqauri, Birləşmiş Millətlər Təşkilatı Uşaq Fondunun nümayəndələri və Qardabani Bələdiyyəsinin meri Ramaz Budagaşvili ilə birlikdə bu gün Qaçiani kəndindəki qaraçı ailələrinə 50 bağlama ərzaq təhvil verilib. GAXA-nın məlumatına görə, tədbir çərçivəsində qaraçı ictimaiyyətinin nümayəndəsi Elene Proşkiani və Lia Qiqaurinin iştirakı ilə qaraçıların doğma dilində koronavirusun yayılmasının qarşısının alınması qaydaları və tələbləri barədə ətraflı məlumat verilib.

Layihə UNICEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) tərəfindən maliyyələşdirilir. Ayrıca bağlamalar, Tiflis, Kutaisi, Poti və Dedoplistskaro bələdiyyələrində yaşayan qaraçı qəsəbələrində də paylanacaq. Qeyd edək ki, ərzaq bağlamaları yerli özünüidarəetmə və Gürcüstan Qırmızı Xaç yardımı ilə ailələrə təhvil veriləcək.

Bu gün Azərbaycanla sərhədyanı ərazidə yerləşən Vaxtanqisi kəndində və Tetri-Tskaro bələdiyyəsində yaşayan çoxuşaqlı ailələrə ərzaq və gigiyena əşyalarından ibarət bağlamalar verilib.

Lia Qiqaurinin sözlərinə görə, bu proses davam edəcək və həm bağlamalar, həm də koronavirus ilə mübarizə haqqında məlumat ölkənin müxtəlif bələdiyyələrində yaşayan bütün icmalara veriləcək.

GAXA.ge