SARAL İnkişaf və Təhsil Mərkəzində Gürcü Dili Klubunun şagirdlərinin iştirakı ilə Gürcü Dili Gününə həsr edilmi tədbir keçirildi

13 aprel 2026-cı il tarixində "SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə Gürcü Dili Klubunun şagirdlərinin iştirakı ilə Gürcü Dili Gününə (Ana Dili) həsr edilmi tədbir keçirildi. Tədbirdə gürcü dilində şeirlər deyildi, əlifbanın gözəl rənglənməsi, sürətli oxumaq və kalliqrafiya üzrə müsabiqə təşkil olundu. Müsabiqədə qalib gələnlərə həvəsləndirici hədiyyələr verildi. Tədbirdə klub üzvlərindən 42 uşaq və yeniyetmə iştirak etdi. Tədbir gürcü dili müəlliməsi Aylin Hümbətova tərəfindən keçirildi.
GAXA.ge