ANA Dili Günü ilə bağlı Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində bir qrup şagirdlər üçün xüsusi maarifləndirici görüş təşkil olunub
14 aprel – #Ana Dili Günü ilə bağlı, bu gün Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) təhsil alan bir qrup şagirdlər üçün xüsusi maarifləndirici görüş təşkil olunub.
Mərkəzin Gürcü dili müəlliməsi Nübar Bayramova görüş çərçivəsində iştirakçılara gürcü dilinin tarixi, inkişaf mərhələləri və zəngin mədəni irsdə tutduğu mühüm yer barədə ətraflı məlumat verib.
Şagirdlərə bildirilib ki, gürcü dili dünyada özünəməxsus əlifbası və qədim yazı ənənələri ilə seçilən dillərdən biridir. Həmçinin dilin qorunması və inkişaf etdirilməsinin ölkənin milli kimliyinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb.
Görüş zamanı iştirakçılar gürcü dilində gündəlik istifadə olunan ifadələr, sadə ünsiyyət formaları ilə də tanış olublar. İnteraktiv müzakirələr və sual-cavab sessiyası şagirdlərin mövzuya marağını daha da artırıb.
GAXA.ge

