Tea House-da tanınmış şahmat hakimi Faiq Həsənov haqqında film nümayiş olunub, yoldaşlıq görüşü keçirilib
17 yanvar 2026-cı il tarixində Tea House-da "İnkişaf və Təhsil Mərkəzi" azyaşlı və yeniyetmə şahmatçılarla görüş keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi", "SARAL İnkişaf və Təhsil Mərkəzi" və "Tea House" şahmat kursu üzvləri iştirak ediblər. Şahmatçılar qarşısında çıxış edən Mərkəzin rəhbəri Emin Əhmədov 2026-cı ildə baş tutacaq fəaliyyətlər haqqında iştirakçılara ətraflı məlumat verib. Daha sonra "Azərbaycan Şahmat Federasiyası"nın təqdim etdiyi, Azərbaycan şahmatının patriarxı, tanınmış şahmat hakimi Faiq Həsənova həsr olunmuş sənədli film nümayiş etdirilib. Film gənc şahmatçılara Faiq Həsənovun Gürcüstanda və Azərbaycanda yaşadığı vaxtlarda keçdiyi yol və şahmat həyatı haqqında geniş məlumat nümayiş etdirilib. Filmə baxışdan sonra gənc şahmatçılar arasında dostluq görüşü təşkil edilib.
Görüşün məqsədi uşaq və yeniyetmə şahmatçıların şahmat aləminin tanınmış simaları haqqında məlumat verilməsi, onların dünya görüşünün artırılması, bir-biri ilə ünsiyyət qurulması, şahmat oyunu çərçivəsində təcrübələrinin paylaşılması və şahmata olan marağın artırılması olmuşdur.
GAXA.ge

