Bolnisidə faciə nəticəsində gənc qız həlak olub

Dünən Bolnisidə faciə baş verib. Baş verən yol qəzasında gənc qız həlak olub. GAXA-nın mətbuata istinadən məlumatına görə,
17 yaşlı Nini Mamardashvili motosiklet sürərkən qəzaya düşərək ölüb. Nini uğurlu karateçi idi. Bolnisi sakinləri baş verən qəzanı böyük faciə adlandıraraq əhali ilə birlikdə kədər-qəmi bölüşərək gənc qızın ailəsinə və yaxınlarına səbr diləyiblər. 

Allah rəhmət eləsin!
Oxucularımız baş verən hadisəni bir daha fəlakət adlandıraraq 17 yaşlı gəncə rəhmət diləyiblər.

GAXA.ge