Tramp: "Məni İrana hücum etməyə heç kim inandırmadı, qərarı özüm verdim"

ABŞ Prezidenti Donald Tramp ərəb ölkələrinin onu İrana hərbi müdaxilədən imtina etməyə inandırdığı barədə mediada yayılan məlumatları təkzib edib.
Xarici medianın məlumatına görə, Səudiyyə Ərəbistanı, Qətər və Oman hökumətləri Trampı İrana hücumu yenidən nəzərdən keçirməyə inandırıblar.

Jurnalistlər Trampdan bu barədə soruşduqda, o, cavab verib: “Məni heç kim inandıra bilmədi. Mən özümü inandırdım”.
Məlumat üçün bildirək ki, İranda hökumət əleyhinə etirazlardan sonra Tramp İran xalqına dəstək ifadə edib və “kömək yoldadır” deyib. Etirazlarda minlərlə insan ölüb. Tramp Tehranı etirazçıları öldürməyə davam edərsə, hərbi müdaxilə ilə hədələyib. İran vətəndaşların edam planlarını ləğv edib, bundan sonra ABŞ prezidenti İran rəhbərliyinin bu qərarını yüksək qiymətləndirdiyini bildirib.

GAXA.ge