Ərdoğan: Təyyarəmizin qara qutusu tapılıb və araşdırma başlayıb, Gürcüstan hökuməti bu prosesdə maksimum kömək və əməkdaşlıq edəcək

Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsinin qara qutusu tapılıb, Gürcüstan hökuməti bu prosesdə maksimum kömək və əməkdaşlıq göstərir və Azərbaycanlı qardaşlarımız da bütün lazımi dəstəyi və töhfəni verirlər, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan bir daha mərhumların ailələrinə başsağlığı verib.

"Dünən gecə 46 nəfərlik istintaq qrupumuzun hadisə yerinə gəlməsini təmin etdik. Təyyarəmizin qara qutusu tapılıb və araşdırma başlayıb. 19 şəhidimizin cəsədini tapdıq. Sonuncu cəsədin axtarışı davam edir. Bu faciəli hadisəni bütün aspektlərdən araşdırırıq. Gürcüstan hökuməti bu prosesdə maksimum kömək və əməkdaşlıq göstərir. Azərbaycanlı qardaşlarımız da bütün lazımi dəstəyi və töhfəni verirlər", - deyə Ərdoğan bildirib.

Məlumat üçün bildirək ki, Türkiyə hərbi təyyarəsi Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr aralıda, Siqnaxi bələdiyyəsində qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Hadisə Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə araşdırılır ki, bu hissədə hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan tələfatı qeyd olunur.