Kəmaləddin Heydərov gürcüstanlı nazirə zəng edib
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gürcüstan Daxili İşlər Naziri Qela Qeladze ilə telefonla danışıb. Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı baş vermiş faciə ilə əlaqədar vəziyyət müzakirə olunub.
Nazir K.Heydərov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin axtarış-xilasetmə əməliyyatına dərhal qoşulmağa və digər müvafiq dəstək tədbirlərini görməyə tam hazır olduğunu diqqətə çatdırıb.
Gürcüstanlı nazir Q.Qeladze təşəkkür edərək, hər hansı ehtiyac yaranacağı halda sərhəddə hazır vəziyyətdə gözləyən Azərbaycan FHN-in xilasetmə qüvvələrinin əməliyyatlara cəlb edilməsi üçün müraciət olunacağını bildirib.
Qeyd edək ki, iki qurum arasında təmaslar davam edir.
GAXA.ge

