Türkiyə Respublikasına, onun Silahlı Qüvvələrinə və həlak olan hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı bildiririk
Bu gün Gürcüstanın Siqnaxi rayonu ərazisində Türkiyə Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması xəbəri bizi dərin kədərə boğdu.
Baş vermiş bu faciə ilə əlaqədar olaraq qardaş Türkiyə Respublikasına, onun Silahlı Qüvvələrinə və həlak olan hərbi qulluqçuların ailələrinə dərin hüznlə başsağlığı bildirir, yaxınlarına Allahdan səbir diləyirik.
Bu ağır gündə qardaş Türkiyə xalqının kədərini bölüşür, səbir və dözüm arzulayırıq.

