Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
27 sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu
kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi
bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti
dayandırılıb.
Qeyd edək ki, səhər saatlarından başlayaraq muxtar
respublikanın şəhər və rayonlarında Vətən müharibəsində şəhid olan qəhrəmanların
məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları
üzərinə tər güllər düzürlər.

