Digər xəbərlər

27 sentyabr 2025-ci il tarixində Anım Günü münasibətilə Marneuli bələdiyyəsinin Lecbəddin kəndində ucaldılmış, əslən Lecbəddin kəndindən olan Milli Qəhrəman Cəlil Səfərovun abidəsi ziyarət olundu.
Tədbir iştirakçıları abidənin önünə əklil qoyaraq, Vətən
uğrunda canından keçmiş qəhrəmanlarımızı bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli
Səfiri cənab Faiq Quliyev çıxış edərək, 44 günlük Vətən müharibəsində qəhrəmancasına
şəhid olan igidlərimizin xatirəsini dərin hörmətlə andı və onların göstərdiyi
şücaətdən bəhs etdi.
Ardınca "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru
Emin Əhmədov və Gürcüstan Parlamentinin sabiq deputatı Mahir Dərziyev çıxış edərək,
şəhidlərin xalqımızın yaddaşındakı əbədi yerindən və onların göstərdiyi
igidliyin vətənpərvərlik ruhunun qorunub yaşadılmasında mühüm rol oynadığından
bəhs etdilər.
Tədbirdə çıxış edən "Saral İnkişaf və Təhsil Mərkəzi"nin
meneceri Sara İsgəndərova iştirakçılara 1992-ci il Qarabağ müharibəsində qəhrəmancasına
şəhid olmuş Milli Qəhrəman Cəlil Səfərovun həyat yolu, döyüş fəaliyyəti və göstərdiyi
şücaət barədə geniş məlumat verdi, GASU- Gürcüstan Azərbaycanlı Tələbələr
Birliyinin rəhbəri Aytəkin Allahverdiyeva 27 sentyabr-Anım Günü tarixi haqda
danışdı. Tədbirdə GASU üzvləri və kənd
sakinləri iştirak etdilər.
Tədbirin Aparıcılığı Aytəkin Allahverdiyeva tərəfindən
edildi.
GAXA.ge

