Azərbaycan Hərb tarixinə ağır itki üz verib -Bu gün polkovnik-leytenant Şəmistan Nəzirli ADA Universitetinin Qazax Tədris Mərkəzində qəfil vəfat edib

Azərbaycan Hərb tarixinə ağır itki üz verib
O, Qazaxda vəfat etdi
Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, polkovnik-leytenant Şəmistan Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.
"Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin bütün üzvləri, o cümlədən Qazax mahalının ziyalıları Şəmistan Nəzirlinin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailə üzvlərinə, doğmalarına dərin hüznlə başsağlığı verirlər. Allah rəhmət eləsin.
Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır. "Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.