Gürcüstanda aparılan qabaqlayıcı tədbirlər nəticəsində külli miqdarda qanunsuz odlu silah və döyüş sursatı ələ keçirib
Hüquq-mühafizə orqanlarının əməkdaşları iki gün ərzində Tbilisidə və Gürcüstanın bütün regionlarında həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda qanunsuz odlu silah və döyüş sursatı müsadirə ediblər. GAXA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. İdarədən verilən məlumata görə, məhkəmənin hökmü əsasında bir neçə nəfər saxlanılıb, onlardan bəziləri əvvəllər məhkum olunublar.
“Saxlanılan şəxslərin evlərinə, yardımçı otaqlarına və avtomobillərinə baxış zamanı maddi sübut kimi müxtəlif növ odlu silahlar, döyüş sursatı, maqazin, patron və gülləkeçirməz jiletlər götürülüb. Cinayətlərə 7 ilədək müddətə azadlıqdan məhrum etmə daxildir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü və dördüncü maddələri ilə aparılır.
“Daxili İşlər Nazirliyinin bütün müvafiq idarələri maksimum təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün ölkə ərazisində barışmaz cinayətlə gecə-gündüz mübarizəni davam etdirir və qabaqlayıcı tədbirlər həyata keçirir”, - Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
GAXA.ge

