Kaladzeni rəsmi olaraq “Gürcü Arzusu” Tbilisi merliyinə namizəd elan edib
“Gürcü Arzusu” Kaxa Kaladzeni rəsmi olaraq Tbilisi merliyinə namizəd elan edib. GAXA-nın məlumatına görə, bu barədə hakim partiya sosial şəbəkələrdə məlumat yayıb. Məlumat üçün bildirək ki, “Gürcü Arzusu”ndan Tbilisi merliyinə namizəd kimi indiki Tbilisi meri Kaxa Kaladzenin adı çəkilir.
Mövcud məlumata görə, sabah, iyulun 31-də Kaxa Kaladze rəsmən merliyə namizəd kimi irəli sürüləcək.
Kaxa Kaladze üçüncü dəfədir ki, Gürcüstan paytaxtının meri postuna namizədliyini irəli sürür.
GAXA.ge

