Givi Mikanadze Azərbaycan Respublikasında görüşlər keçirib
Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə iş Komitəsinin sədri Givi Mikanadze Azərbaycan Respublikasında işgüzar səfərdə olub. GAXA-nın məlumatına görə, bu barədə parlamentdən bildirilib. Səfər çərçivəsində komitə sədri Givi Mikanadze Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müavini Firudin Qurbanov və Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavinləri İndira Hacıyeva və Fərhad Hacıyevlə görüşüb.
Tərəflər iki ölkə arasında əməkdaşlığın müxtəlif
sahələrini və əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini müzakirə
ediblər.
Gənclər və İdman nazirinin müavinləri ilə
görüşdə Givi Mikanadze iyul-avqust aylarında həyata keçiriləcək gənclər mübadiləsi
düşərgəsi proqramına diqqət çəkib.
Tərəflər gənclər arasında gələcək münasibətlərin
dərinləşməsi üçün belə bir formatın sistematik xarakter alacağı barədə razılığa
gəliblər.
Elm və Təhsil Nazirliyində keçirilən görüşlərdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib. (Mənbə: parlament.ge)
GAXA.ge



