İsrail hücumları çərçivəsində 19 yer bombalanıb-ölənlərin sayı açıqlanıb

Şərqi Azərbaycan valisi Bəhram Sərməst açıqlamasında bildirib ki, İsrail hücumları çərçivəsində əyalətdə 19 yer bombalanıb.

"Hücumlar Təbrizin ətrafında 12, Bostanabadda və Şəbistər şəhərlərində 2, Tufarqan, Marağa və Türkmənçayda isə bir nöqtəni əhatə edib",- vali bildirib.

Bəhram Sərməstin sözlərinə görə, həmin hücumlar nəticəsində 30 hərbçi və 1 Qızıl Aypara Cəmiyyətinin əməkdaşı həlak olub.

Qeyd edək ki, Güney Azərbaycan, Azərbaycan Respublikası və Türkiyədə bir sıra sosial media platformalarında İsrailin Təbriz və başqa Güney Azərbaycan şəhərlərində yaşayış məntəqələrini hədəfə aldığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Həmin məlumatlarda "mülki azərbaycanlıların öldürüldüyü" iddia olunub, bunun qarşısının alınması üçün çağırışlar edilib.

Yerli mənbələrin verdiyi məlumatlara görə, həmin dezinformasiyaların yayılmasına SEPAH-ın "Qüds" qüvvələrinin əslən azərbaycanlı olan iki polkoviniki başçılıq edir.

GAXA.ge