Kür çayında aprelin 1-də itkin düşən azərbaycanlı tələbənin cəsədi aşkar edilib
Artıq 45 gündür ki, Tbilisidə Kür çayında Sülh Körpüsü ərazisində əslən Qardabaninin Kosalı kəndindən olan tələbə qızın ehtimala görə, cəsədi aşkar olunandan sonra xilasedicilər tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatan zamanı onun ailəsinə xəbər verilib. GAXA-nın məlumatına görə, 21 yaşında olan tələbə Aytac Məmmədovanın cəsədini ailəsinin üzvləri tanıyıb və ekspertiza tərəfindən təsdiq olunub.
Məlumata görə, Gürcüstanda yaşayan azərbaycanlı ictimaiyyətinin fəalları və ailə üzvləri, eyni zamanda tələbə qız Aytac Məmmədovanın itkin düşməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatının gec həyata keçirildiyi haqqında kəskin fikirlərini bildirirlər.
Qeyd edək ki, tələbə Aytac Məmmədova TDU-nun ikinci kurs tələbəsi olub və təhsil ilə əlaqədar Tbilisidə yaşayıb.
Mayın 14-də isə Kür çayınını həmin ərazisində daha bir hadisə baş verib. Dünən səhər saatlarında Kür çayına düşən və içərisində 4 sərnişinin olduğu avtomobil ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir və 1 nəfər xilasedicilər tərəfindən qısa müddətdə çıxarılıb. 3 nəfər isə hələ də axtarışdadır.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xilasetmə əməliyyatları çərçivəsində Kür çayının məcrasında da suyun səviyyəsi azaldılıb.
GAXA.ge