Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Ümummilli Lider Heydər Əliyevin Tbilisidəki abidəsini ziyarət edib

Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan Respublikası arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşdə iştirak etmək məqsədilə Gürcüstanda səfərdə olublar. GAXA-nın məlumatına görə, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov cari ilin 17 aprel tarixində Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.
Nazir müavini E.Məmmədov səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ilə yanaşı, Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət etmişdir.
GAXA.ge