HAQQIN YOLU ANDIMIZ (məsnəvi-poema)
HAQQIN YOLU
ANDIMIZ (məsnəvi-poema)
(üçüncü hissə-sonu)
(ƏLİ İBN ƏBU
TALİBƏ sonsuz sevgimlə və atamın xatirəsinə ehtiramla)
EPİLOQ ƏVƏZİ
DOSTUMA BİR
MƏKTUB
Sünbülümdən
nələr dilədi könlüm,
Sovurdu dənimi,
ələdi könlüm,
Dəli
sevdalara salıb başımı,
Məni
qovğalara bələdi könlüm.
Dedim ki,
ey könül çağırma məni,
Verməzlər
bizlərə çölü, çəməni...
Sevməyən
bir ürək neyləyir axı,
Kədərdə
yuyunub, qəmdə çiməni...
Ey külək,
bir dayan, sovurma qarı,
Yerindən
uçurma sən yarpaqları...
Qoy öz
budağından düşdüyü yerdə,
Çürüyüb
torpağa qarışsın barı.
Ey könül,
dağına, düzünə söylə,
Danışsan
küləyin özünə söylə,
Eşqimin
alovu səngisə yenə,
Qoy məni
aparsın közünə söylə.
Ey könül,
sinəmdə dağları seyr et,
Vaxtsız xəzan
vurmuş bağları seyr et,
Köksümdə
güllənən lalələrə bax,
Ruhumda
çağlayan ağları seyr et.
Salam
olsun Vilayət, adına, ünvanına,
Sözüm ilə
gəlmişəm mən haqqın divanına.
Deyirdin
hər sözünü, mən istərdim köz görüm,
Mən sənin
qələmində könül açan söz görüm.
Əziz
dostum, nə deyim, ömür bitər, yol bitməz,
Havalanıb
üz tutsan, ha gedəsən, çöl bitməz.
Bu
dünyanın dərdləri bitməz mənim yazımla,
Versəm də
ürəyimi payızımla, yazımla.
Sən məni
çağırmısan sözün yanan bağrına,
İstəyin
ovsun saldı, şərik oldum ağrına.
Xələfli,
sözdə barın, ərkində ixtiyarın,
Allah səni
qoruyar, qırılmasa ilqarın.
Əbədi bir
eşqin var, sozalmayan nəğmədir,
Bu istək,
bu sevgi də haqq üzündən gəlmədir.
Əkində zəhmət
çəksən torpaq dəni unutmaz,
Nəfəs
uçub getsə də, can bədəni unutmaz.
Əvvəlcə
düşündüm ki, gücüm çatmaz yazmağa,
Gənclik
eşqi gərəkdir hər mənanı yozmağa.
Ay Vilayət,
dedin ki, hər nə yazsan qalacaq,
Aşiqliyin
işığı qəlbinə nur salacaq.
- Dedim
ki, cavanlar var, inamdan od alarlar,
Sözdə
iman görsələr yazıdan ad alarlar.
Sən də
dedin yox, qardaş, hər könüldə qor olmaz,
Hər
aşiqin qəlbinə Allahdan pay - nur olmaz,
Aşiqliyin
işığı sənə açar qucağı,
Könlündə
alovlanar eşqin odu, ocağı.
Ruhuma təlaş
gəldi, ilhamım qanadlandı,
Söz məni
közə tutdu, duyğularım odlandı.
Sədi də
“Gülüstan”ı bir zaman belə yazıb,
Tova
tutub öz dostu, bir şirin dilə yazıb.
Qəsidələr
gülləndi, təxmislər cana gəldi,
Aşiqliyin
işığı nur saldı, qana gəldi.
Fikirlərin
dağını aşdım xəyal atında,
Allahın
payı gəldi ilhamın baratında.
Dolandım
göy üzündə, baxdım yerdə nizama,
Toqquşdum
buludlarla, çaxdım yerdə nizama.
Xarabalar
üstündən yana-yana keçdim mən,
İllərin dərd-qəmini
öz sözümlə içdim mən.
Xocalının
dağına gözlərimdən qan süzdü,
Kəsilməyən
kişnərti yaddaşımda can üzdü.
Mənim əziz
qardaşım, əzabıma qəm tutdun,
Qəlbimdən
axan qana yana-yana cam tutdun.
Taleyimin
rəngidir piyaləmdə hər sözüm,
Piyaləmin
dadında Əli adı tər sözüm.
Sevgimdən
körpü saldım Qarabağdan Şirvana,
Əmanət
olsun sözüm yol üstündə karvana.
Bizi sözdən
sorana salam olsun, Vilayət,
Yazdım
“Bizdən qalana” kəlam olsun, Vilayət.
Xudafərin
üstündən baxarsan Araz boyu,
Gözlərini
oxşasın el toyu, oba toyu.
Əziz
dostum, bu dünya pəncərədir, - deyiblər,
Ömür də
bir süfrədir, dərdi, qəmi yeyiblər.
Bir gün
olar gələrsən məzarımın üstünə,
Göy üzündən
baxaram, dost yanğısı, tüstünə.
Nə
soruşsan söyləyər baş daşımın özü də,
Ruhum sənə
danışar hər kəlməni, sözü də
Kitab-kitab
nəzərim, gözüm qalar dünyada,
Dönər
işığa. nura - közüm qalar dünyada.
Ürəyimin
odudur, atəşidir hər sözüm,
Canımı
aparsam da, sözüm qalar dünyada.
İllər
ömür zəmisi, çin-çin biçib yığarsan,
Küləklərdə
sovurub, dən-dən seçib yığarsan.
Bir gün gələr
bilərsən, sənin deyil bu dünya,
Gözlərini
dünyadan gün-gün keçib yığarsan.
Bulud-bulud
tutulsa, dağlar başı çən varam,
Dalğalanan
zəmidə dolu sünbül, dən varam.
Dan üzünə
şeh gülər bir çəmənin üstündən,
Yaxşı
baxsan görərsən, hər damlada mən varam.
Baxırdım
gündoğana. üzümə səhər güldü.
Boylandım
günbatana. könlümə qəhər güldü:
Necə
getdi bilmədim, vaxt ötdü. zaman keçdi,
Köhlənimin
üstündə boş qalan yəhər güldü.
Açılar
qönçə güllər, sonunda solar gedər,
Mən-mən
deyən kimsənin sonu heç olar gedər.
Bizim
dünya evinə kim gəlsə boş qayıtmaz.
Kədər
olsun, ya sevinc, badəsi dolar gedər.
Qoruyurdu
yazığın, kimsəsizin haqqını,
Qoruyurdu
verdiyi hər bir sözün haqqını.
Onun
olduğu yerdə göz suyulub axmazdı,
Kimsənin
qadınına kimsə əyri baxmazdı.
Dağa,
arana köçdə sərkar Zalın özüydü,
Qaranı,
ağı seçən onun iti gözüydü.
Yadları, doğmaları
gözündə bir bilirdi,
Heysiyyəti,
namusu müqəddəs pir bilirdi.
Ağsaqqal,
ağbirçəklər burdadır Zal deyirdi,
Qızından,
gəlinindən arxayın qal – deyirdi.
Hərdən
xatırlayırdı Zülfü nənəm keçmişi,
Mənə də
danışırdı olub-keçən çox işi.
Hünərinə
böyüdü iki qardaş, bir bacı,
Qoymadı mən
də çəkəm bu dünyada bir acı.
Ağılla
böyüdülər Zərnişanın qızları,
Halallıqla
yoğruldu xamırları, duzları.
Hər biri
ev-eşikdir... nəvələr başdan aşır,
Xatirələr
çağlayır, sözüm yaddaşdan aşır.
Yurd həsrəti
apardı, nənəmi, Zərnişanı,
Hər gedənin
özü də yurdun namı, nişanı.
Cəbrayıl
şəhərində xoş gördüm Müzəyyanı,
Məni görcək
sevindi... Əli olsun həyanı.
-Nə yaxşı səni gördüm, dayımın yerindəsən,
Dilimin əzbərisən,
sözümün vərindəsən.
Səməd də
qoçaq çıxdı, itirmədi zəhməti,
Gülləndi
fərasəti, barlandı bərəkəti.
Böyütdü
hünəriylə üç oğul, beş qızını,
Daşıdı
axıracan tale yazan yazını.
Böyük
oğlu Yaşasif sönməyən bir çıraqdır,
Xeyir,
istək, xoş dilək əməlində soraqdır.
Hər
qardaşa, bacıya ağsaqqallıq eləyir,
Hər
açılan qönçəyə xeyir, uğur diləyir.
Böyük
eldir, nəsildir Səmədin övladları,
Hörmət ilə
çəkilir el içində adları.
Zal adını
hər biri ocaq bilir, pir bilir,
Zal adı çəkiləndə
gözlərinə nur gəlir.
Sədət
yaxşı oxudu, ali təhsil də aldı,
Hörmətə
qalxdı adı, el içində ucaldı.
Məktəbin
direktoru işlədi uzun illər,
Sözünün
qabağında dil-dil ötməzdi dillər.
Saray
kimi evinin qonağı axın-axın,
Dili ilə
edərdi uzaq yolu çox yaxın.
Sözü keçərli
idi divan-dərə yanında,
Çətin
asan olardı sözünün bəyanında.
Mənə də
işıq oldu ömrümün ilk çağları,
Ona güvənib
aşdım neçə-neçə dağları.
Ürəyimdə
adına sevgimin sonu yoxdur,
Eşqin
gözlə görünən libası, donu yoxdur.
Onun da
övladları yurdun adı, sanıdır,
Ya
doğmanın, ya yadın çətində asanıdır.
Ruhun şad
olsun, babam, Zal yolunu qorudu,
Özü haqqa
tapındı, haqqın yolu durudu.
Ey
oxucum, sanma ki sözüm burda bitmişdi,
Xəyalımın
köhləni çox uzağa getmişdi.
Qayıdıram
nənəmin söhbətinə yenə mən,
Doğrunu
meyar bildim... vicdana mən, dinə mən.
Nağıl hələ
bitməyib, nənəm usta danışır,
Almalar
göydən düşmür, asta-asta danışır.
Zal elə
oğul idi, qəzəb səsi gələndə,
Oğru-əyri
titrəyər... görünməzdi bələndə.
Cızığından
çıxanın batırdı səsi-ünü,
Zalın
olduğu yerdə qara gələrdi günü.
Hələ evlənəndə
də hünərlə aldı qızı,
Çox
iştahlar içindən şahintək çaldı qızı.
-Ay nənə,
hardan idi bu cəsarət atamda,
Bir kimsəsiz
cavanda, bir arxasız adamda.
Gözləri
dolan nənəm xəyala gedib bir an,
Xəyallanıb
deyərdi burda hələ bir dayan.
Atası
tapşırmışdı Həzrət Əliyə onu,
Əli eşqi,
sevdası qoruyurdu ruhunu.
Gəlinim
Tovuzun da bəxtinə yaz gətirdi,
Yeddi
oğul, iki qız könlünə naz gətirdi.
Anam
Tovuz Firəngiz qəlbən sevib ərini,
Onun ilə
bir açıb dan üzü səhərini.
Anam özü
deyirdi, çox davaya girirdi,
Çox işlərə
baş qoşur, sinəsini gərirdi.
Deyirdi
qorxma məndən, Əli tək dayağım var,
Yatmayan
qara çuxam, bəxtimə oyağım var.
- Necə
oldu rəy verdin, soruşurdum, ay ana?
- Bu
sualı verməzlər könlü sevən, duyana.
Sonra da
fikrə gedər, bir az xəyala dalar,
Məmmədhəsən
dayının sözünü yada salar.
Anam qardaş
bilirdi Məmmədhəsən dayını,
Ondan
gizlin tutmurdu, harayını hayını.
Anamın
anasının oğulluğu, düz adam,
Düzlükdə,
doğruluqda tay olmazdı yüz adam.
İlham mənə “yaz” deyir... sözüm dönüb ac
qurda,
Kağız
yazı gözləyir, qələm neyləsin burada?!
Şahiddən yadda
qalan... anamın öz dediyi,
Yaddaşında
olanı eyləyir söz... dediyi.
Bir gün xəlvət
söylədim, Məmmədhəsən qağaya,
Dedim sənə
sözüm var, bir bəri gəl, qağaya.
Bir gün
dedim, ay qağa, Zal məni gözdən qoymur,
Adım
düşmür dilindən, söhbətdən, sözdən qoymur.
-Sən də
uşaq deyilsən, gərək düzü görəsən,
Niyyəti
düz olana doğru cavab verəsən.
-Axı qorxuram, dedim, deyirlər sərt adamdır,
O da
güldü, söylədi, Zal igid, mərd adamdı.
Bəxtinə
belə igid bir də hardan çıxacaq,
Zal kimi
oğul hardan, yoxdan-vardan çıxacaq?
Məmmədhəsən
qağamın sözünü haqdan bildim,
Bəxtimə
doğan günü haqdan, soraqdan bildim.
Beləcə bu
dastanın yüz adda nağılı var,
Neçə-neçə
acısı, şirini, noğulu var.
Neçə Əli
adında oğul doğan anamın,
Nağılını
qurtardım dərdi boğan anamın.
***
Yenə
yönüm, qibləmdi Xələflinin dağları,
Ayrılıqdan
saralıb gülü solmuş bağları.
Adam-adam
danışan qayalara baxıram,
Ayrılıqla
ağlayıb həsrətimlə axıram.
Kol-kos
basmış cığırlar kor yaddaşa bənzəyir,
Yara-yara
duyğular yanmış daşa bənzəyir.
Xəyalımda
canlanır Xələfli adam-adam,
Hardasan,
bir cavab ver, səs-küylü odam, odam.
Yaddaşıma
gəl deyir, qan qırmızı kaşılar,
Əl-əl
qalxıb oyanır, dillənir başdaşılar.
Atamın
ünvanına kimin sözü, ünü var,
Mən
açmağa borcluyam, sözün də düyünü var.
Məmmədhəsən
dayının doğruluğu bəllidir,
Yaxşı
bilir, dünyanın işləri get-gəllidir.
Günəşlidə
görüşdüm, Dədə Günəş yurdunda,
Ağrısını
çəkirdi torpağında, yurdunda.
Söz
açıldı danışdıq dönüb keçən günlərdən,
Xatirələr
çözüldü toylardan, düyünlərdən.
Özü sözü
gətirdi, atamdan söhbət açdı,
Elə bil
gözlərindən od çıxdı, işıq saçdı.
-Atandan
nə yazmısan adına uyar olsun,
Tanıyan,
tanımayan ondan xəbərdar olsun.
Dedim hələ
vaxtım var, bir gün olar, yazaram,
Axır ki,
zaman gələr, könlüm dolar, yazaram.
Məmmədhəsən
dayı da sözünə davam edir,
Qayıdır o
illərə, yolu inamla gedir.
-Deyirdim
tək olanda davaya girmə, ay Zal,
Bilmirsən
harda, necə, qəfildən gəlir zaval.
Deyirdi tək
deyiləm, kürəyimdə Əli var,
Ürəyimdə
eşqi var, ağacımda əli var.
İgidlik, qəhrəmanlıq
deyilsə, bunlar nədir,
Torpaq
yağı əlində... ürəkləri göynədir.
Qəşəm, Şəmşid...
oğullar atadan nam-nişandır,
İnsanlığa
yaraşan şərəfdir, şöhrət, şandır.
“Bir Xələfli
var imiş...” əsərim bir bitikdir,
Məmmədhəsən
dayının adına pir bitikdir.
Bitiklər
daş yazısı, zaman-zaman pozulmaz,
Söz bilən
yaxşı bilir, hər qələmlə yazılmaz.
Quşçulara
getmişdim, bulağa salam dedim,
Şəhid
çinara baxdım, pöhrəyə balam dedi.
Məmmədhəsən
dayıdan yurda xəbər apardım,
Ruhunu
aram bilsəm, mən təskinlik tapardım.
Aslan
oğlu Qaradan bir kəlmə yada salım,
Yaxşıların
dilindən sözümü dada salım.
Ad ilə
deyilərdi, Qaranın da düzlüyü,
Bitməz
bir xəzinədir, düşüncəsi, sözlüyü.
Həmişə
hörmət ilə danışardı atamdan,
Sanki xəbər
verirdi, könül evi odamdan.
Gördüm xəstəxanada
bir gün Qara əmini,
Gördüm
ki, qərq eləyib qasırğalar gəmini.
Amma
sakit danışdı, təmkinini pozmadı,
Hər nə
söhbət oldusa, bir pisliyə yozmadı.
Dedi
yazansan axı, qələmin var əlində,
Düz sözü əyri
yazsan, söz güllənməz dilində.
Sənin
atan bir elə arxa-dayaq olmuşdu,
Aran-yaylaq
yolunda sərvaxt, oyaq olmuşdu.
Sən də
onun adına layiq olan sözü yaz,
Nəsil-nəsil
sönməyən ocağı yaz, közü yaz.
Onun Əli
sevgisi haqdan gəlmə iş idi,
Bu
dünyadan Zal keçdi, bu da bir gərdiş idi.
Məkanın cənnət
olsun, Qara əmi, nə deyim,
Xatirənə,
ruhuna təzim edim, baş əyim.
Oğlu
Zakir dostumdur, nəvə Ramil əzizim;
Harda Əli
adı var, biz əsgərik, əzizim.
Səməd əmim deyəni burda yada salmasam,
Sözüm məndən
inciyər, qayğısına qalmasam.
On adamın
önündə Zal təkcə dayanardı,
Üstünə
ağac çəkən qanına boyanardı.
Yaylaqda
dava düşdü, ermənilər yeridi,
Zal doldu
ağacına... heç durmağın yeridi?
Ağacı
qılıncıydı, bəlgəsi də qalxanı,
Hər zərbəsi
yıxardı tərpənəni, qalxanı.
Ermənilər
sonralar yanırdılar az qala,
“Əli
kimdir bilmədik, o kömək etdi Zala”.
Onda
Zalın köməyi özünün inamıydı,
Çağırdığı
sidq ilə sözünün inamıydı.
***
Xələflilər
qoçaqdı, harda olsa, yazmışam,
Adım
qalsa, nə qəmdir, sözüm qalsa, yazmışam.
Xələflinin
adıdır dildə gəzən kişilər,
Dost
yolunda borana, qara dözən kişilər.
Öz elinin
adına şərəf, şöhrət olanlar,
Zaman-zaman
yaşayar, dastanımda qalanlar.
Gözlərimin
önündə sinema pərdəsi var,
Hər
kadrdan bir nəzər, şimşək çaxar, od yaxar.
Gözlərimlə
gəzirəm hər nəzərdən bir nişan,
Sözə gəlsin
duyğular, misralansın şöhrət-şan.
Atamın
dedikləri yaddaşımdan gül dərir,
Hər adın
ünvanına atam salam göndərir.
Dizi bərk
Fətiyalı... bir naxış adamıydı,
Sözü
bütöv, mərdanə, sərt baxış adamıydı.
Kürəyimdə
durdusa, bilirdim ki, qaladır,
Bilirdim
ki, mərd, qorxmaz, qorxubilməz baladır.
İmrəlioğlunu
mən belə gördüm çətində,
Gözünü də
qırpmazdı şişə çəksən ətin də.
Deyirdim
ki, “bərk dayan” kimsədən qorxum yoxdur,
Baxmazdım
sayına mən, deməzdim düşmən çoxdur.
Fətiyalı əminin
sözü də yadımdadır,
Sözündəki
yanğısı, közü də yadımdadır.
Zal kimi
oğulları analar tək-tək doğar,
Doğru-düzü
deməsəm, göydən yerə qan yağar.
Qəlbində
Əli eşqi, varlığında od vardı,
“Ya Əli”
sədasıyla dilində bir ad vardı.
Erməni
dığaları töküləndə üstünə,
“Ayə bərk
dur” bağırıb, yeriyirdi qəsdinə.
Kim Əliyə
tapınsa yenilməzdir, deyirdi,
Kim Əliyə
güvənsə, danılmazdır – deyirdi.
Əli eşqi
qəlbində od idi, atəş idi,
Əli nuru
canında sönməyən günəş idi.
Zülfüqar qılıncıydı Zalın sözü meydanda,
Halallıqda
bəlliydi, tanınırdı hər yanda.
Fətiyalı əmidən
qalan sözün işığı,
Bir sazın
tellərində dilləndirər aşığı.
Müdriklərdən
söz qalar, igidlərdən ərənlik,
Zaman-zaman
yaşayar görkəzməlik, görənlik.
Oğlanları
Kazımın, Nazimin hər birində,
Ata yolu
yaşayır, sözündə, təhərində.
Hələ Məmməd
bir aləm, İmralı da mərdyana,
Hər biri
bir kitabdır, oxuyana, duyana.
Ataların
dostluğu oğullarda yaşayar,
Atalardan
qalanı mərd oğullar daşıyar.
Yaddaşımdan
zamanın karvanı ötüb keçir,
Bu hekayət
bu yerdə sözümdən bitib keçir.
İmrəli dərəsindən
hər ötəndə baxıram,
Uluların
adından şimşək olub çaxıram.
Xələflilər
Əlini qəlblərə hakim bilib,
Sarsıntıda,
kədərdə adını həkim bilib.
Hər kəsin
ürəyində Əli eşqi çağlayıb.
Şərə gedən
yolları inam kəsib bağlayıb.
Əlidən
boylanırdı atama el segisi,
Könüllərdə
çağlayıb sönməyən dil sevgisi.
Atamın
dostu idi Əsədli Balakişi,
Etibarda
bir idi, bütöv idi hər işi.
Söz düşəndə
deyərdi, tanıyıram mən Zalı,
Gözünə
güllə sıxsan, dəyişməzdi heç halı.
Maral
oğlu Xasayın, Alməmmədin... hər biri,
Atama verərdilər
doğru-düzgün dəyəri.
Alməmmədin
bir sözü: “İgidlikdə tək ərdi,
Zal daşa
hökm eləsə, daş özü yeriyərdi”.
Maral
oğlu Xasay da açıq qəlblə deyərdi,
“Qeyrət-namus
adamı... qürur ilə öyərdi.
Ziyadxan
oğlu Qüdrət – mərdlərin mərdi kişi,
Haqqı,
düzü söyləmək onun sözü, vərdişi.
“Hayıf
Zaldan” deyirdi, apardı yurdun dərdi,
El
yolunda nə desən... ölümə də gedərdi.
Vəli oğlu
İslamın sözü də məndə qalıb,
Deyirdilər
görənlər hünəri haqdan alıb.
Nemət
oğlu Saydamın yolunu çoxu getməz,
Zoruna, zərbəsinə
kimsənin əli yetməz.
Sevgili
bir insandır xalamın əri Saydam,
Atama da
dost idi igid səngəri Saydam.
Asta-asta
danışıb keçmişə yön tutardı,
Deyərdin
vaxta yetmiş sünbüldən dən tutardı.
Danışaram deyirdi hardan desəniz ordan,
Görərsiniz
keçmişi sözdə axar-baxardan.
Mən Zalı tanıyanda
özüm hələ gənc idim,
Demə ki,
sakit idim, ya da fağır, dinc idim.
Mən
igidlik görəndə qanım cuşa gəlirdi,
Deyirdim
hünər, qeyrət daşdan-daşa gəlirdi.
Dinləyirəm
sözünü, duyuram nəfəsini,
Həmin
uzaq günlərdən yel gətirir səsini.
“Ya Əli”
sədasıyla zərbəsi bir enərdi,
Haqsızlığı
görəndə boz sifəti dönərdi.
Nə çoxdu
söz bilənlər, şahid olub görənlər,
Xatirədən,
yaddaşdan doğru-düzü dərənlər.
Şahidlər
nə demişdi, böyütmədim yox yerə,
Bilirəm şəkkaklar
da yazacaqlar çox yerə.
Fikrimin,
düşüncəmin yekunu... hər kəs bilsin,
Oxuyanlar
yazımı haqdan gələn səs bilsin.
Əzizim xələflilər,
sizə sevgi payım var,
Adınızı
çağıran hayım var, harayım var.
Ha yazam,
ha yaradam, sözüm bitmir hələ də,
Sözümü
qurtarmaram son nəfəsim gələ də.
Nəyi yaza
bilməsəm başdaşıma baxın siz,
Daş
gözümdən süzülən göz yaşıma baxın siz.
Əli gücü,
qüdrəti təpər oldu sözümə,
Əli eşqi,
nuruna yol açıldı üzümə.
Bu yerdə
sinəm üstə söz xalısı toxundu,
“Canım
Əli” adında bir nəğmə də oxundu.
ƏLİ RZA XƏLƏFLİ, "KREDO"
QƏZETİNİN BAŞ REDAKTORU
GAXA.ge