Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib
Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martin 17-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıblar.



