Azərbaycan parlament nümayəndə heyəti Gürcüstanda səfərdə olub
Parlament sədri Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanı Gürcüstana səfərə dəvət edib və bildirib ki, Gürcüstan tərəfi bu səfəri səbirsizliklə gözləyir.
Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev bildirib: “Bu, oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra ilk görüşümüzdür. Ümidvaram ki, Gürcüstan parlamentinin yeni tərkibi ilə də əməkdaşlığımız səmərəli olacaq. Bu gün ölkələrimiz arasındakı dostluq münasibətləri bütün sahələrdə uğurla inkişaf edir və bu dostluğumuz dünyada nümunədir. Azərbaycan nümayəndə heyətinin bu səfərinin məqsədi mövcud olan əlaqələrin daha da möhkəmlənməsinə və genişləndirilməsinə təkan verməkdir”.
A.Nağıyev bildirib ki, Azərbaycan dövləti dost və qardaş Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan parlamentinin nümayəndə heyəti qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
GAXA.ge
