Türkiyədə güclü zəlzələ olub
Egey dənizində ardıcıl zəlzələlər baş verib. Türkiyənin Afət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində ardıcıl zəlzələlərin qeydə alındığını açıqlayıb. Türkiyənin Afət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində ardıcıl zəlzələlərin qeydə alındığını açıqlayıb. Məlumata görə, sonuncu zəlzələ saat 22:05-də 5.1 bal gücündə baş verib. Yeraltı təkanların İzmir və ətraf bölgələrdə hiss edildiyi bildirilib.
Bundan 11 dəqiqə sonra, saat 22:16-da isə 4.5 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Hazırda bölgədə vəziyyətin izlənildiyi və hər hansı dağıntı və ya tələfatla bağlı araşdırmaların davam etdiyi bildirilib.