MÜŞFİQ BORÇALI yaradıcılığı və 55 illik yubiley ili...

MÜŞFİQ BORÇALI

(Çobanov Müşfiq Mədəd oğlu)

 

Azərbaycan Texniki Universitetində “Ziya” qəzetinin,

“ZiM.Az”“ziya.info.az” saytlarının Baş redaktoru,

AzTU Həmkarlar İttifaqı Komitəsinin (1991), Azər­baycan Yazıçılar Birliyinin (1997), Azərbaycan Jur­na­list­lər Birliyinin (1998) və Yeni Azərbaycan Parti­ya­sı­nın (2017) üzvü, filolo­gi­ya üzrə fəl­sə­fə doktoru (2016), Prezident tə­qaüd­çüsü (2024),

“Ab­dul­la Şaiq”, “Nəri­man Nə­ri­manov”, “Ö.F.Nemanzadə”,

“Zirvə”, “Zəfər” və iki dəfə "Qızıl Qələm" mükafatı laureatı olub.

 

Müşfiq Borçalı (Çobanov Müşviq Mədəd oğlu) - 1970-ci il yanvarın 22-də, qədim Bor­ça­­­lı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub. 1986-cı ildə Dar­baz kənd orta məktəbini əla qiymətlərlə - Gürcüstan Təhsil Nazirliyinin Fəxri Fər­manı ilə bi­tir­ib və elə həmin il A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji Universitetinin rus filologiyası fa­kül­tə­si­nin Azərbaycan bölməsinə daxil olub. Eyni zamanda, həmin uni­ver­si­tetin ictimai peşələr fakültəsində təhsil alıb və həmin fakultəni jurnalistika ixtisası üzrə Fərqlənmə diplomu ilə bitir­ib.

1988-1989-cu illərdə əsgəri xidmət borcumu şərəflə yerinə yetirib.

1990-cı ildən təhsilini N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində da­­­­­vam etdirib. 1992-ci ildə həmin ali məktəbin folologiya fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.

Hələ tələbəykən Azərbaycan Tex­ni­ki Universitetində əmək fəaliyyətinə başlayıb. Əvvəlcə "Ziya" qəzetinin müxbiri, bir az son­ra mə­­­sul katib, daha sonra isə ədəbi redaktor vəzifələrinə tə­yin olunub. 2012-ci ildən “Ziya” qəzetinin Baş redaktorudur. Bir müddət AzTU-nun Mətbuat şöbəsinin müdiri və “AzTU Press” nəşriyya­tı­nın baş re­daktoru vəzifələrində işləyib.

Eyni za­manda, müxtəlif illərdə Az­­TU-nun "Humanitar fənlər" kafedrasında pedaqoji fəa­liy­yətlə də məşğul olub, baka­lavrlara "Azər­­­baycan dili" "Nitq mədəniyyəti" fənlərini, mağistr­lə­rə isə "Pe­­daqogika" fənn­­­lə­ri­ni tədris edib.

Onu da, qeyd edək ki, əsas iş yerindən - AzTU-dan ayrılmadan, 1993-cü ildən "Təhsil" qəzetinin baş redaktoru, 1995-ci ildən "Azad Azərbaycan", "Şərqin sə­si", "Elm və Təhsil" qəzetlərinin baş re­dak­­toru vəzifələrində də çalışıb. Azərbaycan Res­pub­­­­likasi "Təhsil" Elm-İstehsalat Mər­kə­zi­nin və "Borçalı" Nəşriyyat-Poliqrafiya müəssisə­sinin tə­sisçisi və Baş direktoru olub.

Eyni zamanda, 1997-1007-ci illərdə AzTv-nin "Xalq yaradıcılığı" redaksiyasının redaktoru vəzi­fəsində çalışıb. AzTv-də yayımlanan "Dastan", "Yazı", "Sazın-sözün sehri", "Aşıq Pəri Məclisi", "Borçalı el­ləri" və s. verilişlərin, bir neşə filmin ssenari müəllifi və redaktoru olub.

1986-cı ildən bədii ya­­ra­dı­cılıqla da məşğul olur, müx­təlif mətbuat orqanla­rın­da “Sev­gim-se­vin­cim mənim”, “Mü­qəddəs məktub”, “Ana bala­sını necə də çox se­vir”, “Cəsa­rət­sizlik”, “Sus-s-s”, “Bəh­­ram və Gü­lən­dam” və s. ki­mi maraqlı heka­yələr ilə çıxış edi­b, 1995-cı ildə oxu­cu­la­rın ixtiyarına ver­diyi “Mə­­həb­­bət hə­yat­dır” adlı povestlər və heka­yələr kitabı oxucular tərəfindən böyük maraqla qar­şı­lanıb. 1996-cı ildə həmin kitab təkrar nəşr olunub. (Onu da qeyd edək ki, hə­min bədii əsər­ləri oxu­yan hər kəs aydın görür ki, burada bədiiliklə ya­naşı, Bor­­çalıya və Bor­çalı ədəbi mü­hitinə bağ­lılıq var, əsərlərdə pub­li­sistika, eyni zamanda, el­mi­lik və tarixilik üstün­lük təş­kil edir).

1993-cü ildə Azərbaycan MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı qəbul olu­­n­­ub və elə həmin il Elmi Şuranın qərarı ılə "Gürcüstanda nəşr olunan Azərbaycan mət­bua­tında ədəbiyyat məsələləri" mövzusunda namizədlik dissertasiyası təsdiq olunub.

2016-cı il noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədə­biyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və fi­lo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müda­fiə­sini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclasında AMEA-nın prezi­denti, Ni­za­mi adına Ədə­biy­­yat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Ko­­­mitəsinin sədri İsa Həbib­bəylinin elmi rəhbərliyi ilə "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığım dis­ser­tasiya işimi uğurla mü­da­fiə etmişəm, Azərbaycan Res­pub­­­likası Prezidenti yanında Ali Attes­tasiya Komissiyası tərə­findən mənə filo­lo­giya üzrə fəlsəfə dok­toru elmi dərəcəsi verilib. 2018-ci ildə AMEA Nizami adına Ədə­biyyat İnsti­tu­tunun elmlər doktor­luğu üzrə doktorantı qəbul olub. Doktoranturanı müvəffəqiyyətlə bitirib və oktorluq  dissertasiyasını tamamlayıb. Müdafiə ərəfəsindədir.

Müşfiq Borçalının gərgin zəh­mə­timin nəticəsi olan "Ağır elli Borçalı" (Bakı,1990; Ərzurum, 1996), “Bor­çalı to­po­nimləri” (Bakı, 1993, 1994, 1996, 1997, 2013), "Çağdaş Borçalı ədəbi məktəbi" (Bakı, "Azərbaycan" nəşriyyatı, 1994), "M.P.Vaqif və Gür­cüstan" (1995, 1996, 2017), "Bu Dost­luğun yaşı çox..." (Azərbaycan-gürcü ədəbi əla­qələ­ri, 1996, 2014), "Azərbaycan şəxs adları" (1995), "Məhəbbət həyatdır" (1996), “Bor­­çalı şə­hid­lə­ri” (Bakı, 1996, 2000, 2020, 2023), "Gür­cüstanda Azərbaycan mətbuatı" (Bakı, 1997, 1998, Təb­­riz 2006), "Bor­­­çalı aşıqları" (İsmayıl Ömərovla həm­müəllif, Bakı,1998; Təbriz, 2008; Teh­ran, 2009), "Zi­ya"dan "Çənlibel"ədək" (Bakı, 1998, 2000; Təb­riz, 2006), “Də­də Qor­­­qud dün­ya­sına sə­ya­hət­dən par­ça­lar” (1998), “Borça­lı­da Dədə Qorqud iz­ləri” (Ba­kı, 1998), "Dədə Qorqud-1300" (1998, 2000), “Qəh­­rə­manlıq das­tanı - Kitabi Dədə Qorqud-1300” (2001), "Əkiz alim qar­daş­lar” (2001,2011), “Bor­­çalı ulduz­ları - Hərbçılər, polislər və hü­quq mü­ha­fizə işçi­lə­ri” (“Bor­­ça­lı ensik­lo­pediyası”, III cild, Bakı, 2001), “Bor­çalı həkimləri” (“Bor­ça­lı ensik­lope­di­yası”, IV cild, Bakı, 2002), "Şairlər dünyanın söz Allahıdı..." (2009), "Dünyamalı Kərə­min poeziya yara­dı­cılığı” (2010), "Aşıq Hüseyn Saraçlı və onun yaylaq səfəri" (2010, 2011), “Bor­çalının ağbir­­çək ana­sı May­­­qa Mətin” (2013), "M.Coşqunun poe­­ziya yara­dıcılığında özünəməx­susluq" (2015), "Butalar Butası Səadət Buta" (2015), 7 cildlik "Sazlı-Sözlü Başkeçid" (2015-2024), 7 cildlik “Bolnisi: Dünən və bu gün” (2024) və s. kitabları işıq üzü gö­rüb, oxucular tərəfindən bö­yük ma­raqla qarşıla­nıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndiriblər. Eyni zamanda, çoxcildlik "Zirvə" poe­ziya anto­lo­gi­ya­sı­nın, “Vətən”, “Canım Azərbacanım”, “Odlar Yurdu”, “Turan”, "Saz­lı-Sözlü Bor­ça­lı" və s. ədəbi məc­muə­sinin  və çox­­saylı kitabların naşiri, tərtibçisi və redakto­ru­­­dur.

Azərbaycan Respublikası Milli Məclisinin Təhsil və Mətbuat haqqında qanunlar hazırlayan iş­çi qruplarının üzvü olub və qanunların hazırlanmasında yaxından iştirak edib.

Azərbaycan Gənclərinin, Azərbaycan Müəllimlərinin, Azərbaycan Jurnalistlərinin və Mətbuat Şurasının qurul­tay­larının nümayəndəsi olub.

Dəfələrlə Fəxri Fərman, Fəxri diplom və müxtəlif mü­ka­fatlarla təltif olunub. O cüm­lə­dən, Azər­baycan Respublikası Təhsil Nazirliyinin, Mədə­niy­yət və Turizm Na­zir­li­yi­nin, Əmək və Əha­li­nin So­sial Müdafiəsi Nazirliyinin Diplom və ser­tifi­kat­­larına layiq görülmüşəm. "Abdulla Şaiq", "Nəriman Nərimanov", “Ömər Faiq nEmanzadə”, “Zirvə”, “Zəfər” və iki də­fə "Qızıl Qələm" müka­fa­tı lau­rea­tı­dır. 2024-cü ilin may ayında Prezident təqaüdünə layiq gö­rül­üb. Bir neçə dəfə Bakıda, Tiflisdə, Varşavada, Pa­risdə, Sankt-Peterburqda, İstanbulda keçi­ril­miş Bey­nəlxalq konfranslarda, sərgilərdə və sim­poziumlarda iştirak edib. Məruzələri I dərəcəli mü­kafatlara layiq görülüb.

Özü və əsərləri haqqında görkəmli alim­lər - akade­mik­lər Kamal Talıb­zadə, İsa Həbib­bəy­li, Ni­za­mi Cəfərov, pro­fes­sor­lar Şamil Qur­ba­nov, Ab­bas Ha­cıyev, Akif Bayra­mov, Nizami Xu­diyev, Mə­­dəd Ço­ba­nov, Aq­­şin Ba­ba­yev, Əjdər Ağayev, Əflatun Saraclı, Şu­rəddin Məmmədli, Asif Ha­cı­yev, Jalə Əliyeva, Mus­tafa Mus­tafayev, Yusif Seyidov, Mürsəl Həki­mov, Və­li Os­man­lı, Vaqif Ar­zu­­man­lı, Bu­lud­xan Xə­lilov, Alxan Bay­ram­oğlu, eləcə də ta­nınmış zi­ya­lılar – Əməkdar incəsənət xadimi İs­ma­­­yıl Ömərov, Xalq şairi Zəlim­xan Ya­­­qub, Əməkdar jurnalistlər Həmid Və­liyev, Əflatun Amaşov, Əməkdar mədəniyyət işçiləri Məm­məd As­­lan, Elxan Məm­mədli, Musa Nəbioğlu, eləcə də, Ra­zim Məm­mədli, Gültəkin Əli­ye­va, Tinatin İsabala qızı, Əli Sən­gərli, Əlirza Xələfli, Züm­­­rüd Orxan, Xu­da­ver­di Əli­zadə, Şakir Əlif­oğlu, Hik­mət Əli­zadə və baş­qaları müsbət rəylər və mə­­qalələr yaz­mış, mət­­buat or­qan­la­rında və ki­tab sə­hi­fə­lərində çap et­dir­mişlər. Və hətta onların bəziləri özlə­rinin na­­­­mi­zədlik və doktorluq dis­ser­ta­si­ya­­­larında da M.Borçalının elmi əsərlərinə istinadlar etmiş və yük­sək qiy­­­mət­lən­dirmişlər.

Bu il Müşfiq Borçalı üçün yubileylər ilidir. Həm anadan olmasının 55, həm AzTU-da işləməyinin 35 illik yubile­yi­dir. Həm də bu il AzTU-nun 75, Milli Mətbuatımızın isə 150 illik yubileyidir.

Yubileylərin mübarək, əziz və dəyərli Müşfiq Borçalı!..


15.01.2025