"Mədəniyyət kanalı"nda "Saz-söz məclisi"nin növbəti verilişi görkəmli Xalq şairi Zəlimxan Yaquba həsr olunub
Azərbaycan Televiziyasının "Mədəniyyət"
kanalında fəaliyyət göstərən "Saz-söz məclisi"nin növbəti verilişi
görkəmli Xalq şairi Zəlimxan Yaquba həsr olunub. GAXA-nın məlumatına görə,
veriliş Azərbaycan Aşıqlar Birliyinin sədri, istedadlı professor Məhərrəm
Qasımlının aparıcılığı ilə baş tutub. "Saz-söz məclisi" verilişinə Azərbaycan
və Gürcüstanda, həmçinin dünyada yaşayan ibarət bütün sazsevərlər baxa biləcəklər.
Tədbirdə Borçalı və Azərbaycanda fəaliyyət göstərən ustad aşıqlar məclisə dəvət
olunublar.
"Saz-söz
məclisi"nin verilişində sazsevərlər və tamaşaçılar məclisdə iştirak edən
ustad aşıqların ifasına yanvarın 16-da saat 19.00-da baxa biləcəklər. Qeyd edək
ki, televiziya tamaşaçıları "Mədəniyyət" kanalında fəaliyyət göstərən
"Saz-söz məclisi"nin təkrar verilişinə bazar günü yenə də baxa biləcəklər.
GAXA.ge