Görkəmli Xalq şairi Zəlimxan Yaquba həsr olunmuş yeni kitab işıq üzü görüb
Xalq şairi Zəlimxan Yaqubun yeni işıq üzü görmüş “Məqalələr. müsahibələr” adlı kitabından sonra şair haqqında daha bir kitab çap olunub. GAXA-nın məlumatına görə, yeni kitabı nəşrə hazırlayan və redaktoru, eyni zamanda “Bu dünya əbədi dirilərindir” adlı “Ön söz”ün müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. “Zəlimxan özü var xatirələrdə (II kitab)” adlı topluda ölməz söz ustadı haqqında Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, professorlar Bədirxan Əhmədov, Akif Abbasov, Rüstəm Kamal, Mərziyyə Nəcəfova, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Əbülfət Mədədoğlu və digər elm adamlarının elmi-publisistik məqalələri ilə yanaşı, şairə ithaf olunmuş şeirlər də yer alıb.
Xatırladaq ki, bu il Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illik yubileyidir. Artıq yubileylə bağlı tədbirlərə start verilib.
GAXA.ge