Rəcəb Tayyib Ərdoğan daha bir müddət prezidentliyə namizəd ola biləcəyini bildirib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha bir müddət prezidentliyə namizəd ola biləcəyini bildirib. GAXA-nın məlumatına görə, o, bu barədə yanvarın 11-də Şanlıurfa şəhərində hakim partiyanın əyalət şöbələrinin qurultayında çıxışı zamanı bildirib.
Qurultayda ondan “növbəti dövr üçün prezident
olmaq” istəyib-istəmədiyi sualına Türkiyənin hazırkı prezidenti müsbət eyhamla
cavab verib.
“Mən bunun tərəfdarıyam, əgər siz də tərəfdarsınızsa”,
- deyə Ərdoğan bildirib.
Məlumat üçün bildirək ki, Türkiyədə son ümumi
seçkilər 2023-cü ilin may ayında keçirilib, növbəti seçki isə 2028-ci ilin may
ayına təyin edilib.
GAXA.ge