Yuxarı Saral kəndində fəaliyyətə baṣlayan İnkişaf və Təhsil Mərkəzinın açılışı olub
Bu gün Yuxarı Saral kəndindəki İmam Zaman adına məsciddə fəaliyyət göstərmək üçün "Saral İnkişaf və Təhsil Mərkəzi"nin" açılışı həyata keçirilib. GAXA-nın məlumatına görə, açılış tədbirində Yuxarı Saral, Axlı Lələ, Dəmyə Gorarxı kəndindən gələn məktəblilər, Marneulidə fəaliyyət göstərən Çay Evində çalışan müəllimlər, Marneulidən gələn qonaqlar, əslən Yuxarı Saraldan olan iş adamı, xeyriyyəçi Rəhim Hüseynov, Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev və məktəb müəllimləri, eyni zamanda kəndə sakinləri və jurnalistlər iştirak ediblər.
Tədbirdə Yuxarı Saralda İmam Zaman adına məscidi inşa etdirən xeyriyyəçi insan Rəhim Hüseynov çıxış edib. Onun sözlərinə görə, “SARAL İnkişaf və Təhsil Mərkəzi" tarixi bir mərkəz olaraq fəaliyyət göstərməyə başlayıb.
Şeyxi Hacı Faiq Nəbiyev çıxışında kənddə məscid
tikintisini həyata keçirən xeyriyyəçi iş adamı Rəhim Hüseynova, məsciddə məktəblilərin
təhsilinin inkişafı üçün layihələr həyata keçirmək təşəbbüsünü irəli sürən Çay
Evinindəki Təhsil və İnkişaf mərkəzinin rəhbəri Emin Əhmədova təşəkkürünü
bildirib.
Emin Əhmədov çıxıında yeni açılan mərkəzdə
hazırda ingilis, riyaziyyat və şahmat kursları fəaliyyət göstərdiyini qeyd edib.
O, vurğulayıb ki, yanvar ayında bu kursların sayı çoxaldılacaq və müasir
texnologiyalardan istifadə etməklə əlavə qruplar fəaliyyət göstərəcək.
Tədbir çərçivəsində Yuxarı Saral kənd sakinləri
olan, yazıçı Əli Abbas, İmam Zaman adına Məscidin axundu Mirağa Müstafayev və kənd
ictimai birliyinin rəhbəri Qasım Hadızadə çıxış edərək bu gün açılışı həyata
keçirilən mərkəzdə həyata keçirilən müxtəlif layihələrdən söhbət açıblar.
Hazırda “SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə
gənclərin inkişafı üçün müxtəlif kurslar və qruplar õdənişsiz olaraq fəaliyyət
göstərir. Mərkəzin fəaliyyət göstərilməsində əsas məqsəd məktəblilərin təhsil, bilik və bacarıqlarını artırmaq üçün müxtəlif layihələr həyata keçirməkdir.
Sonda dekabrın sonunda Çay Evində fəaliyyət göstərən Təhsil və İnkişaf Mərkəzinin üzvlərindən
olan şahmat, rəssamlıq, riyaziyyat yarışlarında iştirak edərək fərqlənərək
mükafat alan məktəblilərə diplomlar təqdim edilib.
GAXA.ge





