Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib ki, Almaniya Gürcüstanda 237 milyon avroluq layihələri dayandırmaq qərarına gəlib. GAXA-nın məlumatına görə, Fişer sosial mediada yazıb ki, söhbət “yaşıl hidrogen”, “Energoksel” və Batuminin su infrastrukturunun maliyyələşdirilməsindən gedir.
“Təəssüf ki, Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb. Bu, Gürcüstanın Aİ yolundan çıxmasına və etirazların yatırılmasına reaksiyadır. Biz yaşıl hidrogen, Energoxel və Batumi su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. "Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək güclü olaraq qalır" ,- deyə Piter Fişer yazıb.
GAXA.ge