Gürcüstan prezidentliyə namizəd məlum olub

“Gürcü Arzusu” Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi təqdim edib. GAXA-nın məlumatına görə, bu barədə “Gürcü Arzusu”nun mərkəzi ofisində çoxluğun və partiyanın siyasi şurasının iclasından sonra keçirilən brifinqdə məlum olub. Prezidentliyə namizədi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili təqdim edib.

Mixail Kavelaşvili 11-ci çağırış Gürcüstan parlamentinin deputatıdır. 2016-2020-ci illərdə "Gürcü Arzusu - Demokratik Gürcüstan" seçki blokundan 9-cu çağırış, 2020-ci ildən isə X çağırış parlamentin deputatı olub. 2022-ci ildə Mixeil Kavelaşvili Sozar Subari və Dmitri Xundadze ilə birlikdə “Gürcü arzusu”ndan ayrılaraq “Xalqın Gücü” partiyasına qoşulub. 2024-cü il martın 20-dən Xalqın Gücü Partiyasının siyasi katibidir.

Mixail Kavelaşvili Gürcüstan millisinin sabiq hücumçusudur. 1988-1995-ci illərdə Tbilisi “Dinamo”sunun futbolçusu olub və üç dəfə Gürcüstan çempionu olub. İllər ərzində o, “Mançester Siti”, “Qrasşofer”, “Sürix”, “Lüsern” kimi futbol klublarında çıxış edib. O, İsveçrə C kateqoriyalı Məşqçilik Təhsili Lisenziyasını, həmçinin UEFA Məşqçilik Təhsili Lisenziyası B kateqoriyasını almışdır. 2009-cu ildə Gürcüstanda Dünya Futbolçular Assosiasiyasının (FIFPro) təsisçisi və fəxri prezidenti olmuşdur.

Məlumata görə, Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.

GAXA.ge