“Bura qədim Azərbaycan şəhəridir” - Paşinyandan AÇIQLAMA

“Uzun müddət bu cümləni deməmək qərarına gəldim, amma bir şeyi deməliyəm: Son illərdə İstiqlal Bəyannaməmizi dəfələrlə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir”. 

GAXA-nın KONKRET.az saytına istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

“Bu da bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı belədir: Əsl Ermənistanın vətəndaşı odur ki, buradan kənarda vətən, dövlət axtarmır”, – Baş nazir qeyd edib.

Onun sözlərinə görə, ermənilər yaşadıqları yeri köhnə Azərbaycan ərazisi adlandırır: “Başqa yerə gedirsən, birinci adam deyir: Mən Mşetsidənəm, beşinci deyir: Vanlıyam, yeddinci deyir: Xoytsidənəm, səkkizinci deyir: Mən Iğdırdanam. Mən çox yaxşı başa düşürəm, amma anlamaq istəyirəm ki, bu ölkədə dilcanlı kimdir, irəvanlı kimdir?

Mən Enokavandan o tərəfə keçə bilmirəm. Biz sadə bir şeyi başa düşmürük ki, biz Dilicanda yaşayıb, Vanlıyıq deyəndə, Dilicanı itiririk. Onlara dəhliz açırıq ki, orda yerli yoxdur, ordan-burdan gəliblər, bura da köhnə türk şəhəridir, bu da qədim Azərbaycan şəhəridir. Nə danışdığımızı eşidirlər. Biz isə dövlətimizi itiririk”. //unikal.az

GAXA.ge