Krivoy Roqda rus yazıçıları Puşkinin və Lermontovun abidələri götürülüb
Ukraynanın Krivoy Roq şəhərində məşhur rus yazıçıları Aleksandr Puşkinin və Mixail Lermontovun abidələri götürülüb. Telegram kanallarında adıçəkilənlərlə bağlı məlumatlar və müvafiq foto-video material yayılır. 2023-cü ildə Ukraynanın paytaxtında Puşkinin abidəsi götürülüb.
Puşkinin abidəsi Kiyevdə İvan Baqrian (keçmiş Puşkin) meydanında ucalırdı. 2023-cü ilin aprelində Ukrayna prezidenti Vladimir Zelenski Rusiya imperialist siyasətinin təbliğatının qadağan edilməsi haqqında qanunu imzalayıb. Qanuna görə, sovet və rus simvollarının istehsalı, yayılması və istifadəsi qadağandır.
Bu qanunun tətbiqi üçün dövlət və yerli hakimiyyət orqanları Rusiya imperiya siyasətinə aid abidələri ictimai məkandan yığışdırmalıdırlar. Qanuna əsasən, küçələrin, meydanların, parkların, Rusiya imperiya siyasətinin simvollarını ehtiva edən coğrafi obyektlərin adları dəyişdirilir.
GAXA.ge