Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İçərişəhəri ziyarət edib
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün tədbirin üçüncü günüdür.
Dünyanın 100-ə yaxın ölkəsinin lideri tədbirdə iştirak etmək üçün Bakıya gəlib. COP29 tədbiri yüksək səviyyədə təşkil olunub. Azərbaycana gələn qonaqlar çox xoş vaxt keçirirlər. Hətta tədbirə gələn liderlər də bu fürsətdən istifadə edirlər.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də İçərişəhəri ziyarət edib. O, UNESCO Dünya İrs Siyahısına daxil olan İçərişəhərdə gəzinti zamanı onun zəngin tarixi irsi və memarlıq inciləri ilə yaxından tanış olub.
GAXA.ge