Türkiyədə 17 yaşlı yeniyetmə anasını öldürüb, 4 ailə üzvünü yaralayıb
Türkiyənin Fatih rayonunda azyaşlı anasını öldürüb, 4 ailə üzvünü yaralayıb. GAXA-nın Türkiyə mətbuatına istinadən yazdığına görə, 17 yaşlı qızın atası, dayısı, bibisi və babası ağır yaralanıb. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Həmin məlumata görə, 17 yaşlı təqsirləndirilən şəxs yatmış anası Nilai Çobanini mətbəx bıçağı ilə öldürüb, daha sonra isə eyni silahla digər ailə üzvlərinə hücum edib.
Hadisə yerinə polis və tibb qrupları səfərbər edilib.
Psixi pozuntusu olduğunu deyən təqsirləndirilən şəxs polis tərəfindən həbs edilib.
Hadisə ilə bağlı istintaq davam edir.
GAXA.ge