ABŞ Ukraynaya 500 zenit raketi göndərir

ABŞ Ukraynaya 500-dən çox Patriot və NASAMS zenit raketləri göndərir. Bu barədə “The Wall Street Journal” yazır. Raketlər yaxın həftələrdə Ukraynaya çatdırılacaq. Beləliklə, ilin sonuna qədər Ukrayna lazımi zenit-raket kompleksləri ilə təmin olunacaq.

Seçkidən əvvəl Bayden administrasiyası bu yardımı aprel ayına qədər Ukraynaya çatdırmağı planlaşdırırdı. İndi isə hazırkı prezidentin administrasiyası Ukraynaya yanvara qədər mümkün qədər çox hərbi yardım göstərəcək ki, danışıqlar zamanı daha yaxşı mövqe tutsun.

Nəşrin məlumatına görə, hazırda Pentaqonun sərəncamında 7 milyard ABŞ dolları var ki, bu vəsait Ukraynaya silah və sursat tədarükü üçün istifadə olunmalıdır.

Bundan əvvəl Politico nəşri ABŞ prezidenti Co Baydenin Ukraynaya 6 milyard ABŞ dolları ayırmağı planlaşdırdığını və bunun Donald Trampın andiçmə mərasiminə qədər baş tutacağını yazmışdı.

GAXA.ge