Gürcüstan paytaxtında TBİLİSOBA bayramı günü keçirilir

Bu gün Gürcüstan paytaxtında "TBİLİSOBA" bayramı günü keçirilir. GAXA-nın məlumatına görə, belə təntənəli gün Tbilisidə hər il keçirilir. Bu barədə Tbilisi şəhər meri Kaxa Kaladze hökumətinin iclasında ətraflı məlumat verib. Bayramın planlaşdırılmış proqramı istər paytaxt sakinlərinin, eləcə də paytaxtdan uzaqda olan rayonların və ətraf kənd və şəhər sakinlərinin, eyni zamanda xarici ölkə vətəndaşlarının və turistlərin maraqlarına səbəb olub.


Qeyd edək ki, hər il olduğu kimi "TBİLİSOBA" günü azərbaycanlıların da xoşuna gəlir, hər bir ailə və eyni zamanda rəsmi şəxslər də həvəslə bayram günündə iştirak edirlər. Tədbirə Azərbaycan səfirliyinin rəsmi şəxsləri də "TBİLİSOBA" günü bayramında azərbaycanlıların təşkil etdikləri guşələrə baxış keçirir, həvəs və istəklərini nümayiş etdiriblər.


Tədbirdə  guşə Tbilisidə gözəl və turistləri özünə cəlb edən Heydər Əliyev parkında və "Meydan" ərazisində tərtibatı ilə qonaqları milli təamlarımız və Azərbaycan şirniyyatlarından ibarət iki şuşə yaradılıb və Azərbaycan mədəniyyəti təbliğ edilib. Tədbir çərçivəsində azərbaycanlı xanımların təşkil etdikləri guşələrdə xalqımızın sevimli təamları, "Borçalı qatlaması" və xüsusi olaraq bayram üçün bişirilmiş plov və qutablar nümayiş edilib, şirniyyatlarımızdan şəkərbura, paxlava isə Samovarda qaynadılmış çay ilə Armudu stəkanda qonaqlara təqdim edilmişdir. Adı çəkilən təamlara və şirniyyatları istək və sevinclə dadan hər kəs bayram çərçivəsində azərbaycanlıların hazırladığı şirniyyatlar haqqında müsbət fikir səsləndiriblər.


"TBİLİSOBA" günü elə bir bayramdır ki, hər il paytaxt Tbilisiyə təşrif buyuran bütün insanların yaddaşlarından silinmir.


Bayram çərçivəsində dövlət və hökumət başçıları, rəsmi şəxslər və görkəmli və nüfuzlu insanlar paytaxt sakinləri ilə görüşür və onları təşkil edilmiş əsrarəngiz bayram tədbirlərinin gözəlliyinə heyran olurlar. Bayramda təşkil edilən konsertlər isə onlara iki gün ərzində xüsusi ləzzət verir.

 

Tədbirdə eyni zamanda  bayram günləri ərzində uşaq konsertləri, əyləncə və idman tədbirləri, həmçinin musiqili axşamlar və teatr tamaşaları keçirilir. Bu gün bayram tədbirində istedadlı və sevimli mahnılarımızla bizləri sevindirən Aşıq  Nargilə Mehtiyeva ifa etdiyi Azərbaycan mahnılarını xüsusi istedadla tərənnüm edib və o, bayram iştirakçılarının alqışlarına səbəb olub.


GAXA-nın məlumatına görə, Tbilisi meri Kaxa Kaladze oktyabrın 2-də məlumat vermişdi ki, oktyabrın 5-də saat 20:00-da canlı yayımlanacaq Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi olacaq”.


Qeyd edək ki, "TBİLİSOBA" günü bayramı hələ də davam edir və şəhər sakinləri  Rike Parkında və Orbeliani estrada mahnılarına da diqqət kəsiliblər. Abanotubanidə isə təşkil olunmuş sərgi-satışa isə şəhər sakinləri və turistlər xüsusi olaraq qatılıblar.


GAXA.ge