Gürcüstanda yeni təhsil naziri vəzifəsinə Aleksandr Tsuladze təyin olunub

Baş nazir İrakli Kobaxidze Gürcüstanın təhsil naziri vəzifəsinə Aleksandr Tsuladzenin namizədliyini irəli sürüb. Kobaxidzenin qeyd etdiyi kimi, Tsuladze Tbilisi Dövlət Universitetində və digər universitetlərdə çalışıb, özəl sektorda uğurlu hüquqşünas, Ali Məhkəmənin hakimi olub və son olaraq Təhsil Nazirliyində nazir müavini vəzifəsində çalışıb.
“Cənab Aleksandr bacarıqlı, bilikli, təcrübəli insandır. Şəxsən mən və bütün komanda onun uğurlu nazir olacağına inanır”, - Kobaxidze bildirib.

Xatırladaq ki, Gürcüstanın təhsil naziri postu Giorgi Amilaxvarinin istefasından sonra boş qalıb.

2023-2024-cü illərdə Aleksandr Tsuladze Gürcüstanın təhsil, elm və gənclər nazirinin birinci müavini, 2019-2023-cü illərdə isə Gürcüstan Ali Məhkəməsinin hakimi olub. Bundan əvvəl Tsuladze bir sıra nazirlik və məhkəmələrdə müxtəlif vəzifələrdə çalışıb. Aleksandr Tsuladzenin Təhsil Nazirliyinin saytında dərc olunmuş tərcümeyi-halında qeyd edildiyi kimi, o, bir çox elmi əsərlərin müəllifidir.

GAXA.ge