Türkiyə Prezidenti: İsrail münaqişəni bütün regiona yaymağa çalışır, bu çox təhlükəlidir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, İsrail münaqişəni bütün Yaxın Şərq regionuna yaymağa çalışır ki, bu da çox təhlükəlidir.
Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığında peycerlərin partlaması nəticəsində ölən və yaralananlardan kədərləndiyini bildirib. O, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.
O, İsraili dayandırmaq üçün səylərini davam etdirəcəyini bildirib.
GAXA.ge