Polşada təbii fəlakət baş verib
Polşanın baş naziri Donald Tusk nazirlərlə məsləhətləşdikdən sonra hökumətə Polşada təbii fəlakət vəziyyəti elan edilməsi haqqında fərman hazırlamağı tapşırıb. Tusk bu barədə X-də yazıb. Məlumatı Deutsche Welle yayıb.
Tusk Maliyyə Nazirliyinə zərərçəkənlərə kömək etmək və daşqının nəticələrini aradan qaldırmaq üçün bütün lazımi vəsaiti ayırmağı tapşırıb. Baş nazir müdafiə nazirindən zərər çəkmiş rayonlara əlavə qüvvələr göndərməyi xahiş edib.
Güclü yağışlar nəticəsində Polşanın Strone-Slionke şəhərində bənd qırılıb və yaşayış məntəqələrini su basıb. Xilasedicilər hadisə yerinə səfərbər olunub, hələlik bir nəfərin öldüyü məlumdur.
Çexiyanın şərqində yerləşən Krnov şəhəri ciddi zərər çəkib. Şəhərin meri Miroslav Binarın dediyi kimi, şəhərin 70-80%-i su ilə örtülü olub. Şəhərdə 23 min insan yaşayır. Opava və Ostrava şəhərlərində də kritik vəziyyət yaranıb. Çexiyada daşqın zamanı avtomobil çaya düşüb, 3 nəfər itkin düşüb. Polis və xilasedicilər 10 min insanı təxliyə edib.
Ümumilikdə indiyədək Avropa ölkələrində daşqınlar nəticəsində 12 nəfər ölüb. Onlardan 5-i Rumıniyada dünyasını dəyişib. “Boris” siklonu güclü yağışlara səbəb olub. Polşa, Çexiya, Rumıniya və Moldovada daşqınlar baş verib. Avstriyanın bir hissəsi də təsirləndi.
Yerli sakinlərin Newsshub.ge-yə verdiyi məlumata görə, Avstriyanın bir sıra bölgələrinə qar yağıb. Almaniya Meteorologiya Xidməti də yaxın günlərdə yüksək dağlarda qar yağacağını proqnozlaşdırır.
GAXA.ge