Ukrayna Rusiyanın “Lipetsk” aerodromuna uğurlu hücumu təsdiqləyib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın “Lipetsk” aerodromuna uğurlu hücumu təsdiqləyib.
“Hücum zamanı aerodrom yaxınlığındakı idarə olunan aviabombaların anbarı və bir neçə başqa obyekt vurulub. "Bir neçə alovlanma mənbəyi müşahidə edilib, güclü yanğın baş verib və çoxsaylı partlayışlar qeydə alınıb", - məlumatda deyilir.
Bundan əlavə, qeyd edilir ki, Rusiya Aerokosmik Qüvvələrinin “Su-34”, “Su-35” və “MiQ-31” təyyarələri “Lipetsk” aerodromunda yerləşir.
"Zərərin nəticələri dəqiqləşdirilir", - Baş Qərargahdan bildiriblər.
Bundan əlavə, mesajda deyildiyi kimi, Ukrayna bölmələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın zenit-raket diviziyalarına hücum edib.

“O cümlədən, üç düşmən radarına qarşı döyüş əməliyyatları aparılıb: ikisi S-350 kompleksindən, biri isə S-300-dən. Bir S-350 zenit-raket kompleksinin radarının dəqiq vurulması və məhv edilməsi təsdiqlənib. Digər iki hədəfə gəlincə, məlumat hələ də dəqiqləşdirilir. Eyni zamanda, zərbədən sonra düşmənin hər üç radarının fəaliyyətini dayandırdığı müşahidə edilib”, - Ukrayna Baş Qərargahı elan edib.
GAXA.ge