Ankarada sərnişin avtobusu körpünün bəndinə çırpılıb, ölənlərin sayı 9-11 nəfərdir, 26 sərnişin isə yaralanıb
Ankarada sərnişin avtobusu körpünün bəndinə çırpılıb, nəticədə ölən var. GAXA-nın xəbərinə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Müxtəlif mənbələrə görə, ölənlərin sayı 9-11 nəfərdir, 26 sərnişin isə yaralanıb.
Versiyalardan birinə görə, yol-nəqliyyat hadisəsinə səbəb avtobus sürücüsünün yuxuya getməsi olub. Ankara valisi Vasip Şahinin sözlərinə görə, onun əyləcdən istifadə etməməsi bu ehtimalı təsdiqləyir. Əldə olan məlumata görə, ölənlər arasında sürücü də var.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
GAXA.ge