Mənim əbədi sevgim olan şahanə məmləkətim... (Esse)
Mənim əbədi sevgim olan bir şahanə məmləkətim var. Mən onu ürəkdən sevirəm. Ürəyimdə pərvəriş tapan sevgi məktublarımı ona yazıram. Mən onun yolunda hər şeyə hazıram! Onun adı həmişə canımla birgə səslənir. Nə qədər ömrüm varsa, mən onu sevəcəyəm, sevəcəyəm... Gözəl hüsnünə sevgi nəğmələri qoşacağam. Yazdığım nəğmələr şirin olacaq. Dilim kimi! Elim kimi!
Könlüm onu sevəndən bəri eşqin aynasında süzür. Bu gözəl pəri bu ayna sularda güzgüləndiyi kimi, mən də onun sürahi boyuna, büllur bədəninə, al yanaqlarına, gümüş gərdanına baxıb eşq dəlisi olmuşam! Tarixlər boyu O gözəlləşə-gözəlləşə bu günümüzə gəlib çatıb!
Sevdiyim bu gözəl məkanın adı Azərbaycandır. Böyük hərflərlə yazılan AZƏRBAYCAN!
Azərbaycan 2021-ci ildə daha da möhtəşəm addımlarla irəliləyəcək!
Gözəl Azərbaycanımızın hüsnünə biz yazarlar daha mənalı və tarixin səhifələrinə həkk olunacaq sözlər yazacağıq.
Yaşa, ucal, gözəl Azərbaycanım!
Həmişə, hər zaman əzəl Azərbaycanım!
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti
2021-ci il, 1 yanvar