Stalinin Qaqradakı bağ evi yanğın nəticəsində zədələnib

Dünən Abxaziyada (Qaqrada) yanğın baş verib. GAXA-nın məlumatına görə, Abxaziyadakı yanğın Stalinin bağ evinə çatıb. Yerli sakinlər və istirahət edənlər arasında təlaş yoxdur. Bu gün səhər saatlarında 60 hektar kol-kosun yanğını ilə bağlı məlumat yayılıb.

Bu gün Qaqradakı “Xolodnaya Reçka” (“Soyuq çay”) ərazisində baş verən yanğın Stalinin daçasına çatıb, Abxaziyanın Qaqra bölgəsinin mühafizəsi üzrə rəhbəri David Bqanba bildirib.

O, yanğının söndürüldüyünü, lakin bir pəncərənin qismən yandığını bildirib. Onun sözlərinə görə, yaşayış binalarına və pansionatda heç bir təhlükə yoxdur, istirahət edənlər arasında təlaş yoxdur.

Yanğın yerində yanğınsöndürmə briqadalarının olduğu qeyd edilir. Abxaziya yanğının söndürülməsi üçün Rusiyadan kömək istəmək fikrində deyil.

Qeyd edək ki, Stalin 1932-1934-cü illərdə bu bağ evində daim məskunlaşdığı barədə məlumat yayılıb. 1989-cu ildə ağır xəstələrin reabilitasiya mərkəzi kimi istifadə edilən bina 2004-cü ildə əsaslı təmir olunub. Keçmiş Sovet İttifaqı lideri İosif Stalinin 1930-cu illərdə bir müddət yaşadığı bağ evi məlumata görə, 2023-cü ildə hərraca çıxarılıb.

Daşınmaz əmlak ekspertləri 38,4 hektar ərazidə tikilən 3800 kvadratmetrlik evin bazar dəyərini 400-500 milyon rubl kimi (4,1 milyon dollar) qiymətləndiriblər.

GAXA.ge