Avqustun 6-na kimi Gürcüstanda hava necə olacaq?
Avqustun 6-na kimi Gürcüstanda hava necə olacaq? GAXA-nın məlumatına görə, bu barədə Milli Ekologiya Agentliyinin proqnozu gürcü mətbuatında dərc olunub. Sinoptiklərin məlumatına görə, avqustun 2-5-də Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Avqustun 2-də Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gün ərzində +26, +28 dərəcə isti, avqustun 3-5-də isə havanın əsasən yağmursuz keçəcəyi, havanın temperaturu +34 dərəcəyədək yüksələcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): avqustun 2-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, havanın temperaturunun gündüz +31, +33 dərəcə isti olacağı gözlənilir.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): avqustun 2-5-də gündüz saatlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu +30, +33 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): avqustun 2-5-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, havanın temperaturunun +28+33 dərəcə isti olacağı gözlənilir.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): avqustun 2-5-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu +25, +30 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali) avqustun 2-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, avqustun 4-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.
Kaxetiyada (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) avqustun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, avqustun 3-5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +33 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu gündüz +27+32 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo) qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Havanın temperaturu +18, +23 dərəcə təşkil edəcək.
GAXA.ge